“Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı çapdan çıxmışdır
Bakı, 30 mart (AZƏRTAC). “Ozan” nəşriyyatında mərhum akademik Bəkir Nəbiyevin “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri (elmi-kütləvi oçerklər)” kitabı işıq üzü görmüşdür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun qərarı ilə nəşr olunmuş kitabda mərhum akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri-Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer almışdır.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir.
Ömrünün sonunadək 60-a yaxın monoqrafiya və məqalələr toplusu, 800-dən çox məqalə, resenziya, oçerk və müsahibələri dərc olunmuş akademikin bu kitabı da geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [19:05]
Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub
- 08.05.2026 [18:18]
Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO
- 08.05.2026 [18:01]
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 08.05.2026 [17:54]
Gənc pianoçu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
- 08.05.2026 [17:21]
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub
- 08.05.2026 [15:43]
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb
- 08.05.2026 [15:30]
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb
- 08.05.2026 [14:06]