Şamaxıda avtomobil kanala aşıb, yaralılar var VİDEO
Şamaxı, 1 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıda yol qəzası baş verib. Hadisə səhər saatlarında Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü, Oğuz rayon sakini, 49 yaşlı Seymur Dadaşov idarəetməni itirərək yoldan çıxıb və avtomobil suötürücü kanala aşıb.
Qəza nəticəsində sürücü Seymur Dadaşov və onun həyat yoldaşı, 45 yaşlı Səidə Dadaşova müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.