Şamaxıda sahibkarlar kapital bazarının imkanları barədə məlumatlandırılıb
Bakı, 14 noyabr, AZƏRTAC
Şamaxıda Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Fond Birjasının və investisiya şirkətlərinin iştirakı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün kapital bazarının imkanları, bölgədə bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin kapital bazarına yönəldilməsi, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı, “CFI Financial”ın alternativ maliyyə cəlbi imkanları, qiymətli kağız buraxılışında anderraytinq xidməti barədə təqdimatlar keçirilib, suallar cavablandırılıb.
Qeyd olunub ki, bu, sayca on altıncı tədbirdir. Regionlarda mütəmadi olaraq keçirilən “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi bölgədə çalışan biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaq və ondan istifadəyə təşviq etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]