SAMBO ÜZRƏ ÖLKƏ ÇEMPİONATI BAŞLANMIŞDIR
Bakı, 5 mart (AZƏRTAC). Bakı İdman Sarayında sambo üzrə ilk ümumrespublika yarışlarının 50 illiyinə həsr olunmuş ölkə çempionatı başlanmışdır.
Gənclər və idman naziri Azad Rəhimov açılışda çıxış edərək, toplaşanları Bədən Tərbiyəsi və İdman günü münasibətilə təbrik etmiş, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulamışdır. Ölkəmizdə zəngin sambo ənənələrinin olduğunu söyləyən nazir idmanın bu növündə böyük uğurlar qazanmış tanınmış Azərbaycan idmançılarının adlarını sadalamışdır. O vurğulamışdır ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Sambo Federasiyasının prezidenti, yeddiqat dünya çempionu, Avropa çempionatlarının və beynəlxalq turnirlərin dəfələrlə qalibi Ceyhun Məmmədov “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Sonra çıxış edən cüdo və sambo üzrə dünya və Avropa çempionatlarının dəfələrlə qalibi, Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov Belarus Sambo Federasiyasının sədri Vladimir Yaprintsyevin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxumuşdur.
Milli Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov idmançılara böyük qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirmişdir.
Çempionatda Bakı, Dəvəçi, Ağsu, Siyəzən, Kürdəmir, Naxçıvan, Gəncə və digər bölgələri təmsil edən 40 klub və cəmiyyətdən 250-yə yaxın idmançı iştirak edir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]

