Savat üzrə Bakı şəhər birinciliyi keçirilib
Bakı, 14 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Şaolin və Savat Döyüş Federasiyasının təşkilatçılığı ilə Fransa boksu - savat üzrə Bakı şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 16 komandanın heyətində 160-dan çox idmançı iştirak edib. Komanda hesabında birinci yerə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi layiq görülüb. “Fateh” İdman Klubu ikinci, Mərkəzi Ordu İdman Klubu isə üçüncü yeri tutub.
Turnir federasiyanın icraçı direktoru Sənan Abdullayevin rəhbərliyi ilə keçirilib.