Səfir: Britaniya şirkətləri minatəmizləmə işlərinə kömək edirlər
Bakı, 31 dekabr, AZƏRTAC
Əsas məsələ ilk olaraq ərazilərin minalardan təmizlənməsidir. Məcburi köçkünlərin evlərinə qayıtmaları üçün onlar minalardan xəsarət almaq qorxusundan azad olmalıdırlar. İndiyədək minalardan xeyli sayda insan həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp bildirib.
Səfir diqqətə çatdırıb ki, Britaniya ekspertləri ANAMA-ya dəstək olmaq üçün cəlb olunurlar. Bizim şirkətlər və təşkilatlar minatəmizləmə işlərinə kömək edirlər.
“Ərazilərin inkişafı üçün Böyük Britaniyanın kommersiya baxımından cəlbedici tərəfləri olan təhsil, səhiyyə, informasiya texnologiyaları və təmiz enerji kimi sahələrdə Azərbaycana çoxlu imkanlar təqdim edə bilər. Əminliklə deyə bilərəm ki, Böyük Britaniya şirkətləri əməkdaşlıq etməkdə maraqlı olacaq”, - deyə Ceyms Şarp qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]