Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhərsalma planlaşdırılarkən nəqliyyat infrastrukturu hansı prinsiplər əsasında qurulmalıdır?

Şəhərsalma planlaşdırılarkən nəqliyyat infrastrukturu hansı prinsiplər əsasında qurulmalıdır?

Bakı, 20 fevral, AZƏRTAC

Müasir şəhərsalmanın ümumi prinsipləri mövcuddur. Bu prinsiplərdən ən vaciblərindən biri şəhər və yaşayış məntəqələrində məskunlaşan əhalinin mobilliyinin yüksək səviyyədə təmin edilməsi, həmçinin şəhərin logistika sisteminin səmərəli şəkildə qurulmasıdır. Bu iki vəzifənin yerinə yetirilməsi üçün inkişaf etmiş yol-nəqliyyat infrastrukturu və effektiv nəqliyyat sistemi olmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.

O qeyd edib ki, yol-nəqliyyat infrastrukturu dedikdə ictimai nəqliyyat üçün ayrılmış zolaqlar, tramvay xətləri, dəmir yolu şəbəkəsi, metro, mikromobillik zolaqları, avtomobillər üçün parklanma və saxlama yerləri (qarajlar), eləcə də piyadalar üçün rahat və təhlükəsiz səkilər nəzərdə tutulur.

Paytaxtın yol-nəqliyyat infrastrukturunda xüsusi depo və qarajların yaradılmasına ehtiyac var

“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, avtomobillər müasir şəhər və yaşayış məntəqələrinin ayrılmaz hissəsidir. Bununla yanaşı, təkcə minik avtomobilləri deyil, digər nəqliyyat vasitələri – yük avtomobilləri, mikromobillik vasitələri və ictimai nəqliyyatın müxtəlif çeşidləri də bura daxildir. Buna görə də onların saxlanması üçün xüsusi məkanlar, o cümlədən qarajlar və texnoparklar yaradılmalıdır. Diqqət yetirsək görərik ki, Bakı və ətraf ərazilərdə yük avtomobilləri yol kənarlarında park edilir və bu, xoşagəlməz mənzərə yaratmaqla yanaşı, bəzən hərəkəti məhdudlaşdırır və təhlükə yaradır. Problemin əsas səbəbi iri nəqliyyat vasitələrinin saxlanması üçün yetərli infrastrukturun – qaraj və texnoparkların olmamasıdır. Bəzi hallarda avtobusların da küçələrdə saxlanıldığını müşahidə edirik. Halbuki ictimai nəqliyyat üçün xüsusi depolar olmalıdır ki, nəqliyyat vasitələrinə gündəlik texniki qulluq göstərilsin və onlar reyslərə məhz həmin məntəqələrdən buraxılsın. Bütün bunlar müasir şəhərin yol-nəqliyyat infrastrukturunun vacib elementləridir.

Tıxacların qarşısını almaq üçün dairəvi yollar və radial kanallar mühüm əhəmiyyət kəsb edir

Eyni zamanda, logistika sistemi də düzgün qurulmalıdır. Şəhərin yol-nəqliyyat infrastrukturu elə qurulmalıdır ki, bir nöqtədən digərinə hərəkət zamanı mərkəzdən keçməyə ehtiyac qalmasın. Bu məqsədlə dairəvi yollar mühüm əhəmiyyət daşıyır. Həmin dairəvi yollardan şəhərin müxtəlif zonalarına çıxış təmin edən radial və rahat kanallar olmalıdır.

Bundan əlavə, əhalinin mobilliyinə xüsusi diqqət yetirilməlidir. Xüsusilə piyadalar üçün rahat və təhlükəsiz şərait yaradılması vacibdir. “İnsanyönümlü şəhər” konsepsiyasına əsasən şəhərin prospektləri, küçələri və meydanları hər kəs üçün cəlbedici və xoş olmalıdır. Bunun üçün geniş səkilər, yaşıllıq zolaqları, eləcə də insanın zövqünü oxşayan, diqqətini cəlb edən arxitektura obyektləri olmalıdır. Əgər rahat səkilər və yaşıllıqlar yoxdursa, insanlar hətta qısa məsafələri belə piyada qət etmək istəməz və nəqliyyata üstünlük verərlər. Səkinin olmaması piyadanı avtomobil yolu ilə hərəkət etməyə məcbur edir ki, bu da təhlükə yaradır. Eyni zamanda, qızmar yay aylarında yaşıllıq olmayan ərazilərdə piyada hərəkəti çətinləşir. Bütün bunlar nəzərə alınmalı və maksimum dərəcədə imkan daxilində piyadalaşdırılmış zonalar yaradılmalıdır. Bundan başqa, ekoloji vəziyyətə xüsusi fikir verilməlidir”, - deyə o bildirib.

Ə.Hüseynov diqqətə çatdırıb ki, son illərdə ən maraqlı yeniliklərdən biri Çinin iri şəhərlərində tətbiq olunan maraqlı təcrübədir: “Şəhər mühitinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülüb və yaşıllıqların yaradılması, havanın çirkləndirici vasitələrdən azad edilməsi nəticəsində 10-15 il bundan qabaq boş olan küçələr insanlarla dolmağa başlayıb. Bütün bunlar müasir şəhərlərdə nəzərə alınmalıdır. Həmçinin “15 dəqiqəlik şəhər” konsepsiyası var ki, bəzi mütəxəssislər buna “20 dəqiqəlik şəhər” konsepsiyası da deyir – bu nədir? Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, şəhərdə sosial infrastruktur – iş yerləri, təhsil və tibb müəssisələri, alış-veriş məkanları, əyləncə və ictimai xidmət obyektləri elə quraşdırılmalıdır ki, orta statistik insan gündəlik tələbatlarını ödəmək üçün uzaq məsafələr qət etməyə məcbur qalmasın. Bütün əsas xidmət və obyektlər yaşayış yerindən təxminən 15–20 dəqiqəlik məsafədə yerləşməlidir. Hətta xüsusi seçim tələb etməyən bir çox iş yerlərinin də yaşayış məntəqələrinə yaxın olması məqsədəuyğun hesab edilir.

Bu amillərin hamısı şəhərsalma prosesində nəzərə alınmalıdır. Əgər əhalinin mobilliyi yüksək səviyyədə təmin edilməzsə, həmin şəhər və ya yaşayış məntəqəsində həyat keyfiyyəti aşağı düşür. Bu isə müxtəlif fəsadlara – tıxacların artmasına, vaxt itkilərinə, iqtisadi proseslərin ləngiməsinə və ümumi şəhər mühitinin səmərəsizliyinə səbəb olur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR