ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ EVLƏ TƏMİN OLUNACAQLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Biləsuvarda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramına (2004-2008-ci illər)” uyğun olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 8 mənzilli yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Burada cari ilin altı ayında 103 min manatlıq iş görülmüşdür.
İcra hakimiyyətindən bildirmişlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında rayonda 20 mənzilli daha bir bina da inşa edilir. Burada da işlər tamamlanmaq üzrədir.
Hər iki obyekt avqustun sonunadək təhvil veriləcək.