Şəhid Elnur Vəliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı, 15 noyabr, AZƏRTAC
Ucar Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən şahmat turnirinin qalib və mükafatçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Ucar rayonundan olan İkinci Qarabağ müharibəsi şəhidi Elnur Vəliyevin xatirəsinə həsr olunmuş turnirdə ən yüksək nəticəni Zəhra Qəhrəmanova göstərib. Belə ki, 7 turdan 6,5 xal toplayan şahmatçı birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə 6 xalla Nurlanə İsayeva və Muzəffər Usubov qərarlaşıblar.
İsveçrə sistemi üzrə keçirilən yarışda 40 şahmatçı iştirak edib.