Şəmkirdə avtomobildə qumbara partlaması faktı ilə bağlı araşdırma aparılır
Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 5-də saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:41]
Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb
- 15.10.2026 [16:22]