SƏRHƏDYANI ZONALARDA 29 TONA YAXIN ÇƏTƏNƏ KOLU AŞKARLANMIŞ VƏ MƏHV EDİLMİŞDİR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən xəbərə görə, ötən il hüquq-mühafizə orqanları ilə birgə görülən tədbirlər nəticəsində sərhədyanı zonalarda 29 tona yaxın çətənə kolu aşkar olunaraq məhv edilmişdir. Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 66 fakt (2002-ci ildəkindən 30 fakt çox) aşkar edilmişdir. Görülən tədbirlər nəticəsində 44 kiloqram 872,8 qram (2002-ci ildəkindən 41 kq 629,2 qram çox) narkotik maddə, o cümlədən təqribən 37,5 kiloqram tiryək, 3,6 kiloqram marixuana, 1,4 kiloqram həşiş, 2,2 kiloqram heroin, 257 qram xaş-xaş küləşi, 108 tablet psixotrop maddə, 1865 qram güclü zəhərləyici maddə olan civə metalı tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]