Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri-rəsmi kanallardan istifadə etməməyə çağırıb

Bakı, 10 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatında deyilir ki, Həcc ziyarətinə getmək istəyənlərə yalnız səlahiyyətli həcc vizaları verən müvafiq Səudiyyə platformaları vasitəsilə rezervasiya edildikdə icazə veriləcək.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, nazirlik Həcc ziyarətində iştirak etmək istəyənlərə qeyri-rəsmi kanallardan istifadə edərək sifariş verməmələri barədə xəbərdarlıq edib. Bildirilib ki, qeyri-rəsmi kanallarda yayılan hər hansı məlumat və ya təkliflər çaşdırıcıdır və nazirliyi və ya müvafiq qurumları təmsil etmir.
Nazirlik əlavə edib ki, yalan reklamlara və ya saxta Həcc ziyarəti təkliflərinə aldanmamaq üçün ictimaiyyət verilən məlumatı yoxlamalıdır. Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən verilən rəsmi Həcc vizası 80 ölkədəki Həcc işləri idarələri ilə razılaşdırılaraq və ya “Nusuk Həcc” platforması vasitəsilə təşkil edilə bilər. Eyni zamanda, 126-dan çox ölkədən olan zəvvarlar üçün nəzərdə tutulmuş platforma vasitəsilə birbaşa bron etmək imkanı yaradılıb.
Səudiyyə rəsmiləri, həmçinin vurğulayıblar ki, rəsmi internet saytındakı “elektron portal” və “Nusuk” tətbiqi yerli zəvvarlar – vətəndaşlar və Krallığın sakinləri üçün Həcc paketlərini sifariş etmək üzrə təsdiqlənmiş yeganə kanaldır. Nazirlik sorğular və hesabatlar üçün “Qonaqlara qulluq mərkəzləri” vasitəsilə 24 saat çoxdilli dəstək göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [12:43]
ABŞ-ın aviazərbələri nəticəsində azı 500 husi üsyançı ölüb
- 22.04.2025 [12:34]
Məsud Pezeşkian: İran milli maraqları çərçivəsində ABŞ-la sazişə hazırdır
- 22.04.2025 [12:20]
Serbiyanın milli televiziyasının blokadası davam edir
- 22.04.2025 [11:54]
Trampın Ukrayna üzrə sülh planının təfərrüatları məlum olub
- 22.04.2025 [10:43]
Türkiyənin maliyyə naziri Nyu-Yorkda ABŞ investorları ilə görüşüb
- 22.04.2025 [10:42]
Pakistanda avtomobil qəzası nəticəsində 16 nəfər həlak olub
- 22.04.2025 [10:15]