Səudiyyə Ərəbistanının İdman Nazirliyi tanınmış futbolçuların transferi üçün 19,6 milyard avro vəsait ayırıb
Bakı, 25 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanının İdman Nazirliyi 2030-cu ilədək ölkə çempionatında çıxış edən futbol klublarına ulduz oyunçuların transferi üçün 19,6 milyard avro vəsait ayırıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, indiyədək Səudiyyə Ərəbistanı çempionatının klubları transferlərə 225 milyon avro xərcləyiblər. Ən fəal “Əl-Hilal” (118 milyon avro), “Əl-Nəsr” (50 milyon), “Əl-İttihad” (29,1 milyon) və “Əl-Əhli” (18,5 milyon) klubları olublar.
Qeyd edək ki, Kriştiano Ronaldo, Kərim Benzema, Roberto Firmino və Eduard Mendi kimi ulduz futbolçular artıq Səudiyyə Ərəbistanı çempionatında çıxış edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]