Sidney kitabxanasında Novruz bayramı haqqında təqdimat olub
Bakı, 16 mart, AZƏRTAC
Avstraliya İttifaqının Sidney şəhərindəki “Waverly Library” kitabxanasında əcnəbilər üçün Novruz bayramı haqqında təqdimat olub və bayramın atributlarının hazırlanması ilə bağlı təlim keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, kitabxanada çalışan soydaşımız Leyla Bhathelanın təşkilatçılığı ilə baş tutan tədbir zamanı Novruz bayramının qədim tarixi, adət-ənənələri haqqında qonaqlara geniş məlumat verilib.
Tədbirin sonunda qonaqlara 3000 ildən artıq tarixə malik bu bayramın simvolu olan şirniyyatlar təqdim edilib.