ŞİRƏ İSTEHSALI SAHƏSİ İSTIFADƏYƏ VERİLMİŞDİR
Saatlının Dədə Qorqud kəndində “Elit” Məhdud Məsuliyyətli Cəmiyyətin meyvə-tərəvəz şirələri istehsalı sahəsi istifadəyə verilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müəssisədə hələlik 5 adda məhsul buraxılır, 12 nəfər işlə təmin edilmişdir.
Burada əlavə istehsal avadanlığının quraşdırılması da nəzərdə tutulur.