Sosial sahədə elektron xidmətlərə son üç ayda 6 milyon müraciət edilib
Bakı, 10 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-mart aylarında 6 milyon müraciət edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 3,3 milyon dəfə istifadə edilib, 66 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2025-ci ilin birinci rübündə nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 107 milyon olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]