SOYDAŞLARIMIZ ASSAMBLEYAYA ÜZV SEÇİLMİŞLƏR
Qazaxıstan Xalqları Assambleyası Rəyasət heyətinin qərarı ilə Almatıdakı “Turan” konqresi nəzdindəki Gənclər Şurasının sədri Adil Şəkərəliyev, Aktyubinsk və Atıraudakı Azərbaycan mədəniyyət mərkəzlərinin sədrləri Qafar Haçıyev və Eldar Əhmədov Assambleyanın üzvləri seçilmişlər. Bununla da Assambleyada olan soydaşlarımızın sayı 10 nəfərə çatmışdır.
Xatırladırıq ki, ölkədə yaşayan azsaylı xalqları birləşdirən Qazaxıstan Xalqları Assambleyasının sədri Prezident Nursultan Nazarbayevdir.
“Turan” konqresinin sədri, Assambleyanın idarə heyətinin üzvü Müseyib Novruzov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Qazaxıstan Xalqları Assambleyası parlament səviyyəli qurumdur. Qazaxıstan çoxmillətli ölkədir. Əhalisinin təxminən 45 faizini digər xalqlar təşkil edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2025 [12:13]
Livanda Azərbaycan Evi açılıb
- 06.05.2025 [17:53]
Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir təşkil olunub
- 02.05.2025 [15:49]
Helsinkidə Azərbaycan Evinin uğurları və diaspor fəaliyyəti müzakirə olunub
- 29.04.2025 [10:52]
Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək
- 29.04.2025 [08:33]