Şpaqaçımız Barat Quliyev qılıncoynatma üzrə dünya çempionatında mübarizəni dayandırıb
Bakı, 20 iyul, AZƏRTAC
Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatının növbəti günündə kişi şpaqaçılar fərdi kateqoriyada mübarizə aparıblar.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, əsas mərhələyə yüksələn təmsilçimiz Barat Quliyev ilk görüşündə Lüksemburq təmsilçisi Flavio Cannotteyə 13:12 hesabı ilə qalib gəlib. Qılıncoynadanımız ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə macar Mate Tamasa 6:14 hesabı ilə uduzub və dünya çempionatında mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]