ŞRİ-LANKADA HUMANİTAR MİSSİYANIN 15 ƏMƏKDAŞI ÖLDÜRÜLMÜŞDÜR
İndoneziya Humanitar Yardım İttifaqının nümayəndələri bildirmişlər ki, sunamidən sonra əhaliyə yardım göstərən yerli humanitar büro əməkdaşlarının cəsədləri büronun ofisində tapılmışdır. Güman edilir ki, onların hamısı edam olunmuşdur. Onları kimin öldürdüyü indiyədək məlum deyildir.
Son vaxtlar Mutur şəhəri separatçı “Tamil İlam”ın azadlığı pələngləri” (TOTİ) hərəkatının yaraqlıları ilə Şri-Lankanın hökumət qoşunları arasında amansız silahlı qarşıdurma meydanına çevrilmişdir.
Xatırladaq ki, faciənin baş verdiyi gün regionda sülhün bərpası üzrə norveçli müvəkkilin vasitəçiliyi ilə TOTİ-nin siyasi cinahı münaqişəni dincliklə nizama salmaq layihəsi irəli sürmüşdür. Lakin Şri-Lanka hökuməti bu təkliflərlə razılaşmayaraq bildirmişdir ki, o, layihənin hazırlanmasında iştirak etməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]