STOLÜSTÜ TENNİS ÜZRƏ ZONA YARIŞLARI BAŞA ÇATMIŞDIR
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Sumqayıt, Şəki və Salyanda 1993-95-ci il təvəllüdlü yeniyetmələr arasında 12 komandanın iştirakı ilə keçirilən zona yarışları başa çatmışdır.
Turniri keçirməkdən əsas məqsəd bölgələrdə yeniyetmələr arasında bu idman növünü təbliğ etmək və istedadlı, perspektivli gəncləri aşkarlamaqdır.
Sumqayıtda keçirilmiş yarışlarda şəhərin Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) oğlanlardan və qızlardan ibarət yığma komandası birinci yeri tutmuşdur. Salyanda təşkil olunmuş birincilikdə isə Qaradağ rayonunun tennisçiləri fərqlənmişlər. Şəkidə keçirilmiş zona yarışlarında UGİM-nin idmançıları fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Hər zonadan final oyunlarına vəsiqə qazanacaq üç qız və üç oğlan komandası oktyabrın 1-dən 4-dək Bakıda mükafatlar uğrunda mübarizə aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]