Ştutqartda ermənilərin təxribatlarının əleyhinə etiraz aksiyası keçirilmişdir
Bakı, 20 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Almaniya Federativ Respublikasının (AFR) Baden-Vürtemberq əyalətində Ermənistan mədəniyyəti günləri çərçivəsində keçiriləcək qondarma “Dağlıq Qarabağ Respublikası-20 il” adlı konsert proqramına etiraz olaraq Azərbaycanın AFR-dəki səfirliyi, Ştutqartdakı fəxri konsulluğu və bir sıra diaspor təşkilatları Almaniyanın Xarici İşlər Nazirliyinə və Baden-Vürtembergin rəhbərliyinə müraciət etmişdir.
Azərbaycanın Ştutqartdakı fəxri konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, müraciətə cavab olaraq Almaniya tərəfi məsələni araşdırmış və rəsmi olaraq bəyan etmişdir: “Ermənistan tərəfi Ştutqart şəhərinin rəhbərliyinə bu barədə qabaqcadan məlumat verməmişdir”. Cavabda vurğulanmışdır ki, region haqqında az məlumatı olan şəxslərdən sui-istifadəyə cəhd olunmuşdur. Ermənistan tərəfindən tələb edilmişdir ki, sentyabrın 19-da keçiriləcək konsert yalnız mədəni-kütləvi xarakter daşımalı, tədbirdə qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir formada təbliğ olunmamalıdır.
Ermənistanın növbəti fitnəkarlıq törətməyə cəhdlərinə etiraz olaraq Almaniyada fəaliyyət göstərən Avropadakı Azərbaycan Gəncləri Assosiasiyası, “Azərbaycan Evi”, Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi, Avropa Azərbaycanlıları Konqresi və Münxen Helmholtz İnstitutunda çalışan azərbaycanlı professor Məsud Əfəndiyevin dəstəyi ilə sentyabrın 19-da aksiya da keçirilmişdir. Aksiya iştirakçıları ermənilərin təxribatlarının əleyhinə şüarlar səsləndirmiş, konsertə gələnlərə isə Dağlıq Qarabağ ilə bağlı həqiqətlərini əks etdirən məlumatlar paylamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]