Sumoçumuz Camal Feyziyev "Caspian Power" İdman Festivalının qalibi olub
Bakı, 24 may, AZƏRTAC
Heydər Əliyev adına İdman Sarayında "Caspian Power" İdman Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində keçirilən sumo yarışlarında qalib müəyyənləşib. Mütləq çəkidə təşkil olunan yarışda Avropa çempionu və dünya birinciliyinin mükafatçısı Camal Feyziyev qızıl medal qazanıb. Dünya birinciliyinin mükafatçısı Səbuhi Hümbətov yarışı ikinci, Əmiraslan Əhmədov isə üçüncü pillədə başa vurublar.