“Sumqayıt” futbol klubu Antalyada dörd yoxlama oyunu keçirəcək
Bakı, 10 yanvar, AZƏRTAC
“Sumqayıt” futbol klubu yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.
AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək. Bu müddət ərzində “Sumqayıt” iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Komanda yanvarın 15-də “Qaradağ Lökbatan”, üç gün sonra isə “Səbail” ilə “Kapital Bank Arena"da üz-üzə gələcək.
“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçirəcək “Sumqayıt” qonşu ölkədə dörd yoxlama oyununda qüvvəsini sınayacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın “Poqon”, üç gün sonra Makedoniyanın “Akademiya Pandev”, yanvarın 31-də Rusiyanın “Anji”, fevralın 3-də isə Serbiyanın “Mladost” klubları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]