SUMQAYITDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ YARMARKALARI TƏŞKİL OLUNUR
AZƏRTAC xəbər verir ki, hər bazar günü Sumqayıtda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunur. Minlərlə sumqayıtlı zəruri məhsulları sərfəli qiymətlə almaq üçün 9-cu mikrorayonun ərazisindəki meydana gəlir.
Qabaqcadan razılaşma əsasında yaxınlıqdakı Abşeron, Xızı, Quba və digər rayonların fermer təşkilatları buraya tərəvəz, meyvə, giləmeyvə və sair məhsullar gətirirlər.
Sumqayıtlılar ənənə halını almış yarmarkaların təşkilindən razıdırlar. Bazar qiymətləri ilə müqayisədə ucuz qiymətlər yarmarkalara getdikcə daha çox sumqayıtlını cəlb edir.