“Sunday Times”: UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
Bakı, 30 mart, AZƏRTAC
UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını avqust ayında keçirmək niyyətindədir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, UEFA maliyyə səbəbindən mövsümü vaxtından əvvəl bitirmək niyyətində deyil. Belə ki, UEFA təkcə İngiltərədəki televiziya hüquqlarının satışından əldə ediləcək 840 milyon avrodan məhrum ola bilər.
Qeyd olunur ki, mövsümü avqust ayında yekunlaşdırmaq UEFA-nı gələn mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcək.
Hazırda Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb. UEFA Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda (“Atatürk” Olimpiya Stadionu), UEFA Avropa Liqasının finalı isə mayın 27-də Polşanın Qdansk şəhərində keçirilməli idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]