SÜRƏTLİ PULKÖÇÜRMƏ ƏMƏLİYYATLARININ APARILMASI ÜÇÜN MÜQAVİLƏLƏR BAĞLANMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsi əlavə xidmətlərdən gələn gəlirlərin artırılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə “ParaBank”, “Western Union”, “Nikoil Bank”, “Travlex”, “UniBank”, “Bıstraya Poçta” və “Muğan Bank”la sürətli pul köçürmələri əməliyyatlarının aparılması üçün müqavilələr bağlanmışdır. Hazırda bir sıra poçt şöbələrində bu xidmətin göstərilməsinə başlanmışdır.