Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qala-konsertlə başa çatıb YENİLƏNİB VİDEO

Şuşa, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər.

Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.

Festival çərçivəsində Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları da alqışlarla qarşılandı.

Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşdı.

Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söylədi.

x x x

Qeyd edək ki, mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qala-konsertlə başa çatıb YENİLƏNİB VİDEO

Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib

Rubio bu həftə Yaxın Şərqə səfər edəcək

Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub

Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir

Bu saata olan əsas xəbərlər

Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH

Rəssam Röya Həsən: Natəvan adı mənəvi gözəlliyin simvoluna çevrilib

Rəcəb Tayyib Ərdoğan: Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir

Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib VİDEO

Gürcüstanda əcnəbilərlə bağlı qanunun tələbləri sərtləşdirilir

Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

İtaliyada təhsil alan azərbaycanlı: Əsas məqsədim qazandığım təcrübəni gənclərlə bölüşməkdir

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Politoloq: İslam İnkişaf Bankının Azərbaycana etimadı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir

Ankara Universitetinin müəllimi: Azərbaycan musiqisi dünya mədəniyyətinə fundamental töhfədir

Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur

İsrailli politoloq: AİHM-in Azərbaycanla bağlı qərarı siyasi müstəvidə qiymətləndirilməlidir

“20 il, 2 ürək, 1 həyat”

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionu olmaq üçün yaxşı şansımız var

Rizvan Qarabağlı: Ermənistan işğal altındakı alban irsini sistemli şəkildə saxtalaşdırıb

Balaton turizm rekorduna hazırlaşır

Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

İlham Osmanov: Oktyabrda növbəti tanqo marafonumuzu təşkil etməyi planlaşdırırıq

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

Brüsseldə Avropa ilə Asiya arasında marşrutun inkişafı müzakirə olunur

İsveçdə ilan sancmasından zərər çəkmiş ev heyvanlarının sayı kəskin artıb

İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır

Dilçilik İnstitutunda I Türkoloji Qurultaya həsr olunan kitablar mühüm elmi nəticələr kimi qiymətləndirilib

Bu ilin 5 ayında 111 milyon 793 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri bəlli olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

® “Kapital Bank” sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Yılmaz Vural: Türkiyə futbolda öz potensialından tam istifadə edə bilmir

Vens: İranın dondurulmuş aktivlərinin qaytarılması ABŞ-yə fayda verəcək

Azərbaycanın nəqliyyat sahəsində idarəetmə və satınalma üzrə təcrübəsi nümunə kimi təqdim olunub

Xəzərdə batan 4 nəfərdən 3-nün meyiti sudan çıxarılıb, 1-nin axtarışı davam etdirilir – YENİLƏNİB 2

® “Ucard”: 30 min manatadək geniş imkan və 72 günədək rahatlıq!

ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi imkanları nəzərdən keçirilib

Qətərin Baş naziri: Netanyahu yenidən Yaxın Şərqdə gərginliyi artırır

Sahibkarlar əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması barədə məlumatlandırılıblar

Azərbaycanda duz istehsalı 30 faiz artıb

Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

Milli Kitabxanada təqdimat: “Bəhram Mansurov. Biblioqrafiya”

Hindistanda təhsil mərkəzində baş verən yanğın nəticəsində 14 nəfər ölüb

Bakıda müsəlman qadın parlamentarilərinin rolu müzakirə olunub

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

UFC turnirində debüt edəcək "Tank" ləqəbli döyüşçümüz: Məqsədim yalnız qələbədir

Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək

Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir

Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik

Vens: İran-ABŞ danışıqları bir neçə gün və ya həftə ərzində bərpa olunacaq

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır

İran Prezidenti sabah Pakistana gedir

Bu ilin beş ayında 190 min tondan çox tərəvəz və meyvə idxal olunub

Voronejdə PUA hücumundan sonra fövqəladə vəziyyət elan edilib

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzanidən

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan

Bu ilin 5 ayında narkotik vasitələrlə bağlı 3766 cinayət faktı aşkarlanıb

Yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar məbləğ üzrə 14 faiz artıb

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlanır

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Baş katibin müavini: Azərbaycanın qadın siyasəti digər ölkələr üçün nümunəvi model hesab oluna bilər

Beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunu təsdiqləyir RƏY

Nigar Məmmədova: Qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında və sülhün təşviqində mühüm rol oynayırlar

Albaniyalı alimlər Azərbaycanın zəngin yazılı irsi və qədim əlyazmaları ilə tanış olublar

Nazir Məcnun Məmmədovun Lerikdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Fransada narkotik əməliyyatı zamanı Pikassoya aid olduğu bildirilən tablo aşkar edilib

Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır - ŞƏRH

Abunəçilərə narkotiklərin fəsadları ilə bağlı SMS-bildirişlər göndərilir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş “AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda, 2016-cı il 24 oktyabr tarixli 20/01-006 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sərnişin kanat yollarının və funikulyorların texniki təhlükəsizlik Qaydaları”nda və 2023-cü il 13 aprel tarixli 20/01-020 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

Poliqlotun formulu: Qazaxıstan kəndindəki azərbaycanlı müəllim 11 dili necə öyrəndiyi barədə danışıb

Qubada sürüşmə davam edir VİDEO

Qubada sürüşmə davam edir VİDEO

Yüksək nəticə göstərən şagirdlər yeni təmayül tədris modelini seçirlər

İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət etməyə razılıq verib

Paytaxtın 41 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib

Sülh təhsili üzrə beynəlxalq uğur - Qlazqo Universitetində təhsil alan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

İcmaəsaslı məktəbəqədər təhsil qruplarına 1909 uşaq cəlb olunub

Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

Gülşad Məmmədova: Küləyin sürəti gecəyə doğru zəifləyəcək

İƏT ölkələrinin nümayəndələri Ankarada qadın liderliyinin inkişafına töhfələri müzakirə edir

Bakı böyük beynəlxalq forumların keçirilməsi üçün əlverişli məkana çevrilib

AzMİU-nun ilk dəfə dünyanın 1000 ən yaxşı universiteti sırasına daxil olması inkişaf strategiyasının nəticəsidir

Azərbaycanlılar Gürcüstan əhalisinin 7 faizini təşkil edir

“Ginnesin Rekordlar Kitabı”na düşən ilk çağdaş rəssamımız: Rafiq Əziz

Tramp administrasiyası Azərbaycanı ən vacib nəqliyyat, enerji və diplomatik proseslərinin mərkəzində dayanan ölkə kimi görür MÜSAHİBƏ

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

H.R.Quliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ” iki qapıçısı ilə yollarını ayırıb