TAEKVONDO FEDERASİYASINDA GÖRÜŞ
Hörmətli qonağı burada gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev qarşıladılar. Mehmet Ali Şahinə Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən taekvondonun sürətlə inkişafı, son illər beynəlxalq yarışlarda qazanılmış uğurlar barədə məlumat verildi. O, federasiyanın inzibati binası, muzeyi, “Musado” İdman, Əyləncə və Otel Kompleksi, məşq salonları və həkim otağı ilə tanış oldu, taekvondoçuların nümunəvi çıxışlarına baxdı.
Türkiyəli qonaq federasiyanın beynəlxalq standartlara cavab verən inzibati binasının olmasını və idmançılara hər cür şəraitin yaradılmasını yüksək qiymətləndirdi, iki qardaş ölkənin taekvondoçularının tez-tez birgə təlim-məşqlərdə iştirakının vacibliyini bildirdi.
Füzuli Musayev avqustun 19-20-də Bakı İdman Sarayında keçiriləcək taekvondo üzrə Azərbaycanın açıq çempionatında 15-dək ölkədən 200-dən artıq idmançının iştirak edəcəyi, onlara hər cür şərait yaradılacağı barədə məlumat verdi.
Sonda Türkiyənin dövlət nazirinə Azərbaycan Taekvondo Federasiyasının xatirə hədiyyəsi təqdim olundu. Mehmet Ali Şahin də federasiyaya öz hədiyyəsini təqdim etdi.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]