Taekvondoçularımız Beynəlxalq Universitet İdman Festivalına yollanıblar
Bakı, 25 avqust, AZƏRTAC
Taekvondoçularımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalına yollanıblar.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilən yarışda milli komandamız altı idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu idman festivalında Səyyad Dadaşov (54 kiloqram), Adil Eyvazov (58 kiloqram), Pərviz İskəndərov (63 kiloqram,) Vaqif Hacıyev (68 kiloqram), Nicat İsmayılzadə (74 kiloqram) və Eltac Qafarova (80 kiloqram) şans verəcək. Yığmaya məşqçi Sənan Həşimov rəhbərlik edəcək. Estoniyadakı Avropa çempionatı bitdikdən sonra isə baş məşqçi Məmməd Abdullahyev də komandaya qoşulacaq.
Festivalda taekvondoçuların mübarizəsi 29-31 avqustda olacaq. Komandamız sentyabrın 1-də Vətənə qayıdacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]