TANINMIŞ YAZIÇI-PUBLİSİST ELMİRA AXUNDOVANIN YENİ KİTABININ TƏQDİMATI
Dekabrın 3-də “Azərbaycan” mehmanxanasında tanınmış yazıçı-publisist Elmira Axundovanın “Yaşamaq vaxtıdır” adlı yeni kitabının təqdimat mərasimi olmuşdur. Kitaba müəllifin 1993-2003-cü illərdə yazdığı məqalələr, aldığı müsahibələr, yol oçerkləri və ədəbi esselər daxildir. Şair–tərcüməçi Səyavuş Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Sabir Rüstəmxanlı, yazıçının dostları və həmkarları mərasimdə çıxış edərək, onun oxucu marağına səbəb olan geniş və çoxşaxəli yaradıcılığından, parlaq və qeyri-adi müəllif üslubundan söhbət açdılar. Qeyd edildi ki, Elmira Axundova ölkəmizin həyatındakı mühüm hadisələrə münasibətini dərhal bildirir. Yeni kitabın mövzuları da ötən 10 ilin canlı hadisələri kimi müxtəlifdir. Bu hadisələr arasında ölkəmizin neft strategiyası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri mühüm yer tutur. Mərasim iştirakçıları - elm və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri müəllifi təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzuladılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu Dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]