Taqanroq şəhərində kafeyə raket düşüb, 15 nəfər yaralanıb
Bakı, 28 iyul, AZƏRTAC
Taqanroqda kafelərin birində partlayış olub, yaralananlar var.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rostov vilayətinin qubernatoru Vasili Qolubev partlayışdan sonra tibbi müəssisələrə 15 nəfərin müraciət etdiyini bildirib. Onların hamısı qəlpə yaraları alıb.
Qubernatorun sözlərinə görə, partlayış incəsənət muzeyinin ərazisində baş verib. Muzeyin divarı, dam örtüyü, qarajlar və yardımçı tikililər dağılıb. Qonşuluqdakı üçmərtəbəli yaşayış binasına da zərər dəyib.
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, Ukrayna S-200 hava hücumundan müdafiə sisteminin zenit raketi ilə Taqanroqun yaşayış infrastrukturuna zərbə endirib. İlkin məlumata görə, 14 nəfər xəsarət alıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]