Tbilisidə beynəlxalq konfransda Azərbaycanda sosial sahibkarlıq sahəsində görülən işlər barədə məlumat verilib
Tbilisi, 29 iyun, AZƏRTAC
İyunun 29-da Tbilisidə “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində “Qonşuluqdakı dəyər” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub.
Bildirilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Dəyər üçün əməkdaşlıq” proqramı Avropa Vençur Filantropik Assosiasiyası tərəfindən icra olunur. Konfransın əsas məqsədi təsir əsaslı sərmayələrin cəlb olunması, Dəyər Fondunun əhəmiyyəti, sosial sahibkarlıq ekosistemin təkmilləşdirilməsi üzrə müzakirələrin təşkili, dövlət qurumları ilə effektiv əməkdaşlıqların qurulması və yeni təkliflər əsasında fəaliyyətlərin həyata keçirilməsidir.
Tədbirə 25 ölkəsindən 300-ə yaxın iştirakçı və 40-dan artıq spiker qoşulub. Konfransda Azərbaycanın dövlət, özəl və bank sektor nümayəndələrindən ibarət nümayəndə heyəti iştirak edib. İştirakçılar 2 gün ərzində müxtəlif sessiya və panel müzakirələrdə iştirak edib.
Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.
Azərbaycan nümayəndə heyətinin üzvləri konfransda və panel iclaslarda ölkəmizdə sosial sahibkarlıq sahəsində görülən işlər, qanunvericilik sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi, həmçinin yeni sərmayələrin cəlb olunması istiqamətində çıxışlar edib, müzakirələr aparılar.
Tbilisi