Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 24 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Qazaxıstanın akkreditasiya təşkilatı “Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik - IQAA” arasında anlaşma memorandumu imzalanıb.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi iki ölkənin ali təhsil sahəsində təhsilin keyfiyyətinin artırılması, ali məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşmasına töhfə verməkdir. Eyni zamanda, bu işdə qarşılıqlı təcrübə, məlumat və ekspert mübadiləsini təmin etmək, müştərək təhsil layihələrinin icrasını təşkil etməkdir.
Əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası münasibətlərin genişləndirilməsinə xidmət edəcək. Keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]