TENDERİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, şirkətin Geofizika və Ge`ologiya İdarəsi “Tümmenneftgeofizika” Tresti ilə “Cobustan Operating Company” şirkətinin birgə elan olunmuş tenderinin qalibi olmuşdur. Tenderin qalibi Qobustan ərazisindəki neft yataqlarında geoloji kəşfiyyat işləri aparılacaqdır. Bu layihə çərçivəsində işlərə avqustun ikinci yarısında başlanacaqdır.