Tərlan Quliyev “Keşlə”nin heyətində çempionatda 100-cü oyununu keçirib
Bakı, 22 noyabr, AZƏRTAC
Tərlan Quliyev “Keşlə” klubunun heyətində çempionatda 100-cü oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Premyer Liqanın XI turunda “Qarabağ” ilə görüşdə (0:1) əvəzetmədən sonra meydana daxil olan futbolçu “Keşlə”nin heyətində çempionatda 100-cü oyuna çıxıb.
T.Quliyev 2016-cı ilin yayından formasını geyindiyi paytaxt klubunda bu göstəriciyə altıncı mövsümdə nail olub. O, bu qarşılaşmalarda iki qol vurub.
Müdafiəçinin “Keşlə”dəki debütü də “Qarabağ” ilə matça təsadüf edib. 2016-cı il avqustun 7-də keçirilmiş həmin oyunda paytaxt klubu 2:1 hesabı ilə qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]