Teymur Musayev: Dünya əhalisinin üçdəbiri üçün zəruri dərman vasitələrinə çıxış problemlidir
Bakı, 15 mart, AZƏRTAC
Qlobal miqyasda “Hamı üçün sağlamlıq”a nail olmaq yolunda bir sıra problemlər var. Xəstəliyin yükü bütün dünyada dəyişir. Hesablamalara görə, 2040-cı ilə qədər bütün ölümlərin 50 faizi qeyri-infeksion xəstəliklərlə bağlı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.
"Dünya əhalisinin üçdəbiri üçün zəruri dərman vasitələrinə çıxış problemlidir. Dərmanların qiyməti zəif inkişaf etmiş ölkələr üçün əlçatmazdır. Yeni texnologiyaların transferi, qiymət modellərinin nəzərdən keçirilməsi, əqli mülkiyyət maneələrinin aradan qaldırılması, məhsulun inkişafı üzrə tərəfdaşlıqların tətbiqi əsas dərmanlara çıxışı asanlaşdıra bilər", - deyə nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]