TEYMUR RƏCƏBOV LİNARES SUPERTURNİRİNDƏ DAHA BİR GÖRÜŞÜNÜ “SÜLH”LƏ BİTİRMİŞDİR
Bakı, 2 mart (AZƏRTAC ). Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın Linares şəhərində keçirilən ənənəvi superturnirin 9-cu turunda ukraynalı qrossmeyster Vasili İvançukla da görüşünü heç-heçə başa vurmuşdur.
Qara fiqurlarla oynayan həmyerlimiz rəqibinə qarşı Yaniş qambitini tətbiq etmiş, şahmatçılar 32-ci gedişdə “sülh”ə imza atmışlar. Qeyd edək ki, T.Rəcəbov turnirdə indiyədək qələbə qazana bilməmişdir.
Turun digər qarşılaşmaları belə nəticələnmişdir: Lenyer Dominqes (Kuba)-Maqnus Karlsen (Norveç) 0:1, Vanq Yu (Çin)- Aleksandr Qrişuk (Rusiya)- 0,5:0,5, Levon Aronyan (Ermənistan)-Vişvanatan Anand (Hindistan) 0,5:0,5.
Doqquz turdan sonra turnir vəziyyəti belədir:
A.Qrişuk 6 xal, M.Karlsen, L. Aronyan, V.İvançuk 5 xal , V.Anand 4,5xal, T.Rəcəbov, L.Dominqes, Vanq Yu 3,5 xal.
Onuncu turda V.Anand-L.Dominqes,T.Rəcəbov-L.Aronyan, M.Karlsen-Vanq-Yu, A.Qrişuk-V.İvançuk qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]