“Titan” batiskafının qəzaya uğradığı ərazidə tapılan insan qalıqları sahilə çıxarılıb
Bakı, 29 iyun, AZƏRTAC
Atlantik okeanında “Titan” batiskafının qəzaya uğradığı ərazidə insan qalıqları tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb.
Qəzaya uğrayan batiskafın bəzi hissələri ilə yanaşı, insan qalıqları da sahilə çıxarılıb.
Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında yüksək təzyiqdən partlayıb. “Titan”ın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi - “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole olub. Onların qəzada öldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]