“Tokio-2020”ni işıqlandıracaq jurnalistlərin 70-80 faizi vaksinasiya olunacaq
Tokio, 16 iyun, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) və “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışları işıqlandıracaq jurnalistlərin 70-80 faizinin Oyunlar başlayanadək vaksinasiya olunmasını planlaşdırır.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, BOK və Oyunların təşkilat komitəsi idmançılarla ünsiyyətdə olacaq KİV nümayəndələrinə vaksinasiya olunmağı tövsiyə edir.
Bildirilir ki, Yaponiyada könüllülərin və KİV nümayəndələrinin vaksinasiyasına iyunun 18-dən başlanacaq.
Təşkilat komitəsinin yaydığı məlumata görə, Tokio Olimpiya Oyunlarını işıqlandıracaq KİV nümayəndələrinin sayı təqribən 22 min 200 nəfər olacaq. Paralimpiya Oyunlarını isə 5600 jurnalist işıqlandıracaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]