TÖKÜLƏN QAN QİSASSIZ QALMAZ
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Şövkət Ələkbərova adına mədəniyyət evində Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bakıdakı 58 saylı orta məktəblə birgə təşkil olunan tədbirdə çıxış edən mədəniyyət evinin direktoru Venera Quliyeva faciədən 18 il keçməsinə baxmayaraq, yaralarımızın hələ də qaysaqlanmadığını, yalnız torpaqlarımız geri qaytarıldıqdan sonra dərdlərimizə məlhəm olunacağını, şəhid ruhlarının dinclik tapacağını vurğulamışdır.
58 saylı məktəbin tarix müəllimi Rəhilə Xankişiyeva, Xocalı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nadir Rəşidov, Xocalı sakini, “Qarabağ harayı” təşkilatının üzvü Aygün İbrahimova şəhərin müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş əsgərlərimizin gənc nəslə nümunə olmasından danışmış, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə etmişlər.
Sonra şagirdlər “Tökülən qan qisassız qalmaz” adlı ədəbi-bədii kompozisiya göstərmişlər.
Tədbir çərçivəsində faciəni əks etdirən fotosərgi, “Odların içində yandı Xocalım” adlı stend nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]