Torpaq sürüşmələrinin səbəbləri izah edilmişdir
Bakı, 16 aprel (AZƏRTAC). Azərbaycanda tarixən məlum olan sürüşmə zonaları vardır. Bu il qış aylarında hava şəraitinin sərt keçməsi ilə əlaqədar həmin sürüşmə zonaları oyanmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir.
H.Bağırov demişdir ki, təbii amillərlə yanaşı, əsasən çayətrafı və dağətəyi bölgələrdə sürüşmələrin yaranmasında insanların təsərrüfat fəaliyyətinin də təsiri vardır. Dağətəyi ərazilərdə evlərin tikintisi yamacların kəsilməsi ilə nəticələnir. Eləcə də çay vadilərindəki kəndlərdə hamı evlərə su çəkdirir. Bunlar da torpağı yuyaraq sürüşmə üçün münbit şərait yaradır.
Nazir qeyd etmişdir ki, Azərbaycanın bölgələrində mal-qaranın sayının artması da torpaq sürüşmələrinin sayının artmasına gətirib çıxarmışdır. Sovet dövründə 1 hektar sahədə 2 heyvanın saxlanmasına icazə verilirdi. İndi isə Mərkəzi Aran zonasında qışlaqlarda bu göstərici 47-yə çatmışdır. Buna isə torpaq dözə bilmir. Nəticədə torpağın ot örtüyü seyrəlir ki, bu da sürüşmələrin fəallaşmasına səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]