TOVUZ ŞƏHƏRİNDƏ TƏDRİS MƏRKƏZİ AÇILMIŞDIR
İqtisadi İnkişaf Nazirliyi Bakı Elm-Tədris Mərkəzinin (BETM) şöbə müdiri Qorxmaz Əfəndiyev bildirmişdir ki, bu, BETM xətti ilə ölkəmizdə istifadəyə verilən sayca 20-ci tədris mərkəzidir. Yaxın gələcəkdə başqa bölgələrdə daha 7 mərkəzin açılması planlaşdırılır.
Bu tədris mərkəzi gənclərin, məktəblilərin və əhalinin digər kateqoriyalarının müasir kompyuter texnologiyalarına yiyələnməsinə, onların informasiya texnologiyaları sahəsində maariflənməsinə kömək göstərəcəkdir.
Tovuz Tədris Mərkəzinin direktoru Ələkbər Ələsgərov söyləmişdir ki, hələlik mərkəzdə 3, 6 və 12 aylıq kurslar təşkil olunacaq, Windovs əməliyyat sistemi, habelə Microsoft Ofis proqramları tədris ediləcəkdir. Xidmətlər Qarabağ müharibəsi veteranlarına ödənişsiz, əlillərə və onların ailə üzvlərinə isə 50 faiz güzəştlə göstəriləcəkdir.
Sonda mərkəzə informasiya texnologiyaları sahəsində nəşr edilmiş kitab və jurnallar, digər tədris vəsaiti bağışlanmışdır.
Mərkəzdə hələlik 4 müasir kompyuter dəsti quraşdırılmış, 5 nəfər işlə təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]