TOVUZDA ELEKTRİK SAYĞACLARININ QURAŞDIRILMASINA BAŞLANMIŞDIR
Tovuz Paylayıcı Elektrik Şəbəkəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayon əhalisinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq və istifadə olunan enerji haqlarının yığılmasında baş verə biləcək neqativ halların qarşısını almaq üçün kütləvi surətdə sayğacların quraşdırılmasına başlanmışdır. Artıq 12 min 300 abonentin mənzilinə sayğac qoyulmuşdur. Sentyabr ayının ortalarınadək daha 9 min sayğac quraşdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:02]