Triatlonçumuz III Avropa Oyunlarını altıncı pillədə başa vurub
Krakov, 28 iyun, AZƏRTAC
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Polşada keçirilən III Avropa Oyunlarında altıncı olub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz 1 saat 46 dəqiqə 58 saniyəlik göstərici ilə 58 idmançı arasında finişə altıncı çatıb. R.Pevtsovu qələbədən cəmi 8 saniyə ayırıb. Yarışın qalibi norveçli Torn Vetle Berqsvik olub.