TÜBİTAK-ın dəstəyi ilə BDU-nun professoruna həsr edilən konfrans keçiriləcək
Bakı, 14 avqust, AZƏRTAC
Türkiyə Elm və Texnika Komitəsinin (TÜBİTAK), Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin 11 universitetinin dəstəyi ilə İstanbul Aydın Universitetində BDU-nun Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri professor Arif Səlimova həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 2-5-də keçiriləcək konfransda professor Arif Səlimovun 14 ölkədən həmkarları və tələbələri, tanınmış elm adamları iştirak edəcəklər.
Konfransda Arif Səlimov “Springer/Birkhauser” nəşriyyatında yeni çap olunmuş monoqrafiyası əsasında hazırladığı “Tenzor diferensiallamalar və lift problemləri” mövzusunda məruzə ilə çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]