Tuğay meşələrinin bərpa olunması üçün maarifləndirici tədbirlər görülür
Bakı, 12 may (AZƏRTAC). “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə kömək İctimai Birliyi “Kür çayının biomüxtəlifliyinin bərpası uğrunda mübarizədə əhalinin maarifləndirilməsi layihəsi”nin birinci mərhələsini başa çatdırmışdır.
Layihənin icrası müddətində Kür çayının Salyandan keçən hissəsi ictimai nəzarətə götürülmüş, sahillərin məişət tullantıları ilə zibillənməsinin qarşısının alınması, ərazidə yeni yaşıllıqların salınması, Tuğay meşələrinin bərpa olunması üçün maarifləndirici işlər aparılmışdır.
Layihə çərçivəsində 7 şəhər və 2 kənd orta məktəbində seminar məşğələlər təşkil olunmuş və ekoloji ədəbiyyat, broşürlər paylanmışdır. Vaxtilə Tuğay meşələrinin olduğu ərazilərdə 150-dən çox qovaq, söyüd və digər meşə ağacları əkilmiş, ərazi təmizlənmiş, çay sahilinə yeni zibil qutuları qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə 3 ay davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]