“Turan Tovuz” komandası “Zenit”in yetirməsini transfer edib
Bakı, 20 iyul, AZƏRTAC
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Rusiya “Zenit”in yetirməsi Ayxan Hüseynovu transfer edib.
İyirmi üç yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rusiyada “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod” komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]