“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini qazanıb
Bakı, 28 oktyabr, AZƏRTAC
“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, XI turun Qərb derbisinə təsadüf edib. Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.
“Turan Tovuz” 30-cu qələbəsini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə üç xal qazanıblar.
Qeyd edək ki, Tovuz təmsilçisi Premyer Liqadakı ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]