“Turan Tovuz” və “Sumqayıt”ın futbolçuları Monroviyada üz-üzə gəliblər
Bakı, 29 mart, AZƏRTAC
Afrika Millətlər kuboku yarışlarının seçmə mərhələsinin oyunları keçirilir. “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika Respublikası (CAR) millisi “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdellli Liberiya yığması ilə növbəti dəfə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, komandalar dörd gün əvvəl Yohannesburqda qalibi müəyyənləşdirə bilməmişdilər - 2:2. Monroviyadakı qarşılaşmada isə CAR yığması 2:1 hesablı qələbəyə sevinib.
Azərbaycanda çıxış edən futbolçuların hər ikisi bu oyuna start heyətdə başlayıb. Siyanda 90 dəqiqə meydanda qalıbsa, Terrens fasilədə əvəzlənib.
Cənubi Afrika yığması hazırda yer aldığı K qrupunda 4 xalla ikinci, 1 xalı olan Liberiya isə üçüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]