“Turkish Airlines” şirkətinin sərnişinləri uçuş zamanı mesencerlərdən istifadə edə bilərlər
Bakı, 10 aprel, AZƏRTAC
Türkiyənin milli daşıyıcısı olan “Turkish Airlines” bildirir ki, sərnişinlər şirkətin beynəlxalq reyslərində “WhatsApp”, “Messenger”, “iMessage” və digər mesencerlərdən məhdudiyyətsiz istifadə edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu xidmət aprel ayından “Miles & Smiles” proqramının bütün iştirakçıları üçün əlçatan olacaq, “Classic Plus”, “Elite” və “Elite Plus” statusu olan iştirakçılar isə pulsuz geniş internet paketləri əldə edəcəklər.
Mesencerlərdəki limitsiz trafik əvvəlcə “Turk Telekom”un internetə çıxış təqdim etdiyi təyyarələrdə, sonra isə “Turkish Airlines”ın internetə qoşulmuş bütün təyyarələrində fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]